Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.
ONN media xəbər verir ki, bu ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri mayda əvvəlki ayla müqayisədə sabit qalıb.
Ötən ay ərzində un, manna və qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, yumurta, marqarin və qarğıdalı yağları, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, kartof, şəkər və şəkər tozu və şokolad məmulatlarının qiymətlərində azalma, toyuq əti, zeytun və kərə yağları, alma, yerkökü, göyərti, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmiri, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, avtomobillərin təmiri, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, respublika daxilində istirahət turları və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində artım, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidməti, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və respublikadan kənara istirahət turlarının qiymətlərində isə azalma müşahidə olunub.



Hansı məhsullar bahalaşıb?
Azərbaycanda hansı məhsullar ucuzlaşıb? — SİYAHI
Azərbaycanda bu ərzaqların qiyməti bahalaşdı
Ucuzlaşan və bahalaşan istehlak məhsulları hansılardır? - SİYAHI
Ölkədə bu ərzaqlar BAHALAŞDI - SİYAHI
Azərbaycanda illik inflyasiya açıqlandı
Ölkədə istehlak məhsulları və xidmətlərin — QİYMƏTLƏRİ DƏYİŞDİ
Ərzaqların qiyməti BAHALAŞIB
Azərbaycanda illik inflyasiya 4%-ə düşüb
Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
Qiymətlər dəyişdi - Bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Azərbaycanda hansı məhsullar bahalaşıb? - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 