Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrujestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı.
Səbail Rayon İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata əsasən, ilk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu.
Səbail Rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrujestvo» cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrujestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açdı, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Brkov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdilər. Qeyd edildi ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şerləri Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səslənmiş, məktəblilər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərmişlər.



XİN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə paylaşım edib
Səbaildə möhtəşəm bayram konserti keçiriləcək
Xocalılar Heydər Əliyevin doğum gününü ehtiramla qeyd etdilər
Ulu öndərin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş sərgi açılacaq
Şahmat üzrə açıq rayon birinciliyi keçirilib
Səbaildə tarixi konfrans keçirilib
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi kimsəsiz uşaqlara sovqat payladı
Monmart yenidən Səbaildə
Qaradağda ulu öndər Heydər Əliyevin anma mərasimi keçirilib
Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir
Həştərxanda bir sıra tədbirlər keçirilib
Həştərxanda Heydər Əliyev anılıb - Foto
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 