ONN media xəbər verir ki, Müqəddəs Ramazan ayı ilə bağlı son günlərdə sosial şəbəkələrdə müxtəlif dini mövzularda yazılar, açıqlamalar verilir. Bu yazıların bəziləri cəmiyyətdə birmənalı qarşılanmır, müxtəlif söhbətlərə, fikir ayrılığına, qalmaqallara səbəb olur. İçəri şəhər “Cümə məscidi” dini icmasının sədri, ilahiyyat doktoru hacı Surxay Məmmədli qeyd olunan məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hazırda tolerantlıq nümunəsi olan Azərbaycan tarixən çoxkonfessiyalı məkan olmuşdur. Bu gün paytaxt Bakıda və bölgələrdə bir çox dünyəvi dinlərin nümayəndələri üçün lazımi şərait yaradılmış və bu prosesə dövlətin dəstəyi hər yerdə hiss olunur. Xalqımızda dini ayrı-seçkilik, dözümsüzlük kimi xüsusiyyətlərə genetik olaraq yer yoxdur. Bu müsbət keyfiyyətlər tarixən Azərbaycan xalqının tolerant xarakterini ortaya qoymuş və onun saf imicini müəyyənləşdirmişdir.
Son zamanlar dini əhəmiyyətli aylar zamanı bir sıra şəxslərdən və hətta millət vəkilindən belə dindarların heysiyyatına toxunan ifadələr və fikirlər səslənməkdədir. Lakin heç kəsə, öz maraqlarını güdərək başqasının heysiyyatına toxunan fikirlər səsləndirməyə, bir daha qeyd edirəm, hətta millət vəkilinə belə hüquq verilməmişdir.
Tarix boyu xalqımız öz milli mənəvi dəyərlərinə sadiq olmuşdur. Şəhidlik məktəbindən dərs alan bir xalq kimi İslam şəhidləri də daim yad edilmiş və öz vətən şəhidlərinə ağladığı kimi ağlamışlar.
Ağlamaqdan söz düşmüşkən, Ağlamaq – acı, kədər, peşmançılıq və bəzən də sevincdən göz yaşı tökmək, üzülmək, iztirab çəkmək, kədərlənmək mənalarını verir. Ağlamağın səbəbləri – Allah qorxusu, sevgisi, qiyamət, hesab və Cəhənnəm əndişəsi, Cənnət nemətləri yaxud da dünya işləri ilə bağlı sevinc və kədər hisləridir. Həmçinin, dinimizdə həddən artıq gülmək də xoş qarşılanmamış, əksinə günah əndişəsi ilə ağalamaq tövsiyə olunmuşdur.
Ancaq millət vəkilinə bir din xadimi kimi tövsiyəm budur ki, milləti ilə ağlasa və milləti ilə gülsə daha məqsədə uyğun olar.



Hacı Şahinin məzarı ziyarətgaha çevirilib?
2019-cu il BƏƏ dövlətində Tolerantlıq İlidir
Prezident açılışda iştirak edib - YENİLƏNİB
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
DTX-dən bununla bağlı çağırışlar edənlər – XƏBƏRDARLIQ
Dini Komitə Ramazan ayı ilə əlaqədar tədbirlər planı hazırlayıb
İmkansız ailələrə iftar süfrəsi üçün yardım paylanacaq — AÇIQLAMA
“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili
İran Hacı Şahinin ölümündən necə istifadə edir?
Azərbaycan türklərini qırmaq istəyən bu şəxsin cəzası nədir? – Vəkil
Alban-udi xristian dini icması bəyanat yaydı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı 