Sosial şəbəkələrdə bəzi şəxslər durmadan ölkədə milli və irqi ayrı-seçkilik mövzusunda əndazəyə sığmayan çağırışlar edirlər. Son aylar Feysbuk sosial şəbəkəsində bu tip status yazan şəxslərdən biri də Mətləb Dadaşov adlı şəxsdir. Bu şəxs gah Azərbaycan vətəndaşlığı daşıdığından peşman olub Ermənistan vətəndaşı olmasını arzu etdiyini dilə gətirir, gah da türkləri soyqrıma məruz qoymağın “vacibliyini” irəli sürür. O, hətta türkləri Hitlerin yəhudiləri soyqırıma məruz qoyduğu kimi cəzalandırmağı təklif edir.
Teleqraf.com cəmiyyətdə qarşıdurma yaratmağa, nifrət toxumu səpməyə, millətlər arasında nifaq salamağa hesablanan bu cür addımların hansı məsuliyyət yaratdığı ilə bağlı araşdırma aparıb.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İradə Cavadova deyib ki, bu kimi fəaliyyət görə Azərbaycan qanunvericiliyində müxtəlif cəza növləri nəzərdə tutulur.
Onun sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsi milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə bağlı cəza növlərini nəzərdə tutur.
Belə ki, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə 8 min manatdan 12 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda 283.1-ci maddədə nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İradəə Cavadova qeyd edib ki, şəxsən onun təcrübəsində bu cür şəxsləri müdafiə etmək faktı olmayıb:
“Ancaq həmkarlarımın praktikasında belə faktlar olub. Demək istəyirəm ki, bu maddənin tətbiq edilməsi praktikada var”.
ONNmedia



Tanınmış vəkildən gənc qıza qarşı İYRƏNC ƏMƏL
Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı BƏYANAT
Azərbaycan vətəndaşlığı almaq istəyən ermənilərlə bağlı MÜRACİƏT
Azərbaycanda vəkil həbs edildi
31 may - qardaş Qazaxıstan Respublikasında siyasi repressiyaların və aclıq qurbanlarının xatirə günüdür
Qardaş Qazax xalqı, səninləyik!
31 may – qardaş Qazaxıstanda SİYASİ REPRESSİYALARIN VƏ ACLIQ QURBANLARININ XATİRƏ GÜNÜDÜR
31 MAY – QARDAŞ QAZAXISTANDA SİYASİ REPRESSİYALARIN VƏ ACLIQ QURBANLARININ XATİRƏ GÜNÜDÜR
Ordumuz bu heykəli raketlə vurmalıdır – Professor
Kəndliləri təhqir edən Laləni hansı cəza gözləyir?
Daha bir vəkil COVID-19-dan vəfat etdi
Bakıda vəkildən DƏHŞƏTLİ ƏMƏL
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 