Bu gün Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin vəfatından bir il ötür.
Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, “Azəristiliktəchizat “ASC-nin sədri Yaşar Həsənov və digər şəxslər II Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Anım tədbirində tanınmış ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin ölkəmizin neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətlərindən bəhs edilib. Bildirilib ki, müstəqillik illərində həyata keçirilən irimiqyaslı enerji layihələrinin hər birində Natiq Əliyevin mühüm rolu olub. 1994-cü ildə transmilli şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" ilə başlanan yeni neft strategiyasının, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində Natiq Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Onun "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə töhfələri qeyd edilib.
Tədqiqatçı-alim və beynəlxalq enerji siyasəti sahəsində mütəxəssis kimi fəaliyyətinə dair fikirlər söylənilib. Bildirilib ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.



Safuradan qaynatası ilə bağlı təsirli paylaşım
Energetika nazirinin müavini Natiq Abbasov vəzifəsindən azad edilib
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Lavrov Fəxri xiyabanı ziyarət etdi
Sadır Japarov Fəxri Xiyabanda oldu
Azərbaycanın energetika naziri ABŞ-ın enerji naziri ilə görüşüb
Safura üçüncü dəfə ana oldu
XİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib
Energetika naziri isveçrəli iş adamlarını qəbul etdi
Lavrov Şəhidlər Xiyabanında
Səfurə Əlizadə 370 minlik avtomobili ilə belə POZ VERDİ - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 