Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyevanın ONN media-ya verdiyi məlumata görə, Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasını təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır.
Rick Perry ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib. Energetika naziri isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın mövqeyini yüksək qiymətləndirib. Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerj mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon, ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də görüşü olub.



Azərbaycanın energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib
Pərviz Şahbazov ABŞ-a səfərə gedib
Nazir Münhen Təhlükəsizlik Konfransında çıxış edib
Energetika naziri ABŞ nümayəndə heyət ilə görüşüb
Energetika naziri “Afrika İttifaqı Komissiyası”nın komissarı ilə görüşüb
Energetika naziri Avropa Enerji Cəmiyyətinin direktoru ilə görüşüb
Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Pərviz Şahbazov BƏƏ-li həmkarı ilə görüşdü
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
"Cənub Qaz Dəhlizi”nin icrasının yekun mərhələdədir- Nazir
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
Energetika naziri Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 