Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizi Bakı buxtası Qum adasının 3-4 kvadrat km olan sahilboyu dayaz akvatoriyasında kütləvi balıq ölümünün səbəini açıqlayıb.
Nazirlikdən ONN media-ya verilən məlumata görə, hadisənin səbəblərini araşdırmaq üçün ETSN və AMEA-nın Zoologiya İnstitunun Hidrobiologiya laboratoriyasının əməkdaşları əraziyə baxış keçirib.
Baxış zamanı balıqların sivriburun kefalın körpələri olduğu məlum olub. Nazirlik AMEA-nın əməkdaşları ilə birgə balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə balıq və su nümunələri üzərində analizlər aparıb.
Balıq nümunələri üzərində aparılan ümumi bioloji, morfoloji və fizioloji analizlərin nəticələrinə görə götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Balıqların yaşadığı mühitdən götürülən su nümunələrinin fiziki-kimyəvi parametrləri üzərində də analizlər aparılıb. Analizlərin nəticələrinə görə nümunələr götürülən günü balıqların yaşadığı mühitdə suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək (suda həll olmuş oksigenin miqdarı 1.5–4.0 mq/litrə-dək (norma-6 mq/litr)) azalması və balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması kefal balığı körpələrinin kütləvi tələfinə səbəb olub.
Qeyd edək ki, qeyri-optimal yaşama şəraiti daha həssas olan kefalın əsasən körpə balıqlarına təsir göstərib.



Nazirlik balıqların ölüm səbəbini açıqladı - VİDEO
Hövsan sahilində balıqlar niyə kütləvi şəkildə ölür?
Xəzərin Bakı sahillərində balıqlar qırılır - SƏBƏB AÇIQLANDI
Göygöl və Maralgöl göllərinə körpə forel balıqları buraxıldı
Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
Balıq ovu edənlərin DİQQƏTİNƏ
Su polisindən bu şəxslərə xəbərdarlıq
Balıq ovu ilə bağlı MÜHÜM XƏBƏR: Sabahdan...
Balıq tutmaq istəyənlərin NƏZƏRİNƏ
Su Nəqliyyatında Polis İdarəsindən XƏBƏRDARLIQ
Bölgədə bir ilk yaşandı - Balıqlar tərsinə gedir
Balıqların qiyməti bahalaşacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 