ONN media xəbər verir ki, British Airways aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilmişdir.
Göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu “Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.
Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilmişdir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.



Tunisə uçan təyyarə Bakıda eniş etdi
Daha bir təyyarə Bakıya təcili qəza enişi edib
AZAL-ın təyyarəsi texniki nasazlığa görə geri qayıtdı
Parisdən qalxan təyyarə təcili Bakıya eniş etdi
TƏCİLİ XƏBƏR: Rusiya təyyarəsi təcili Bakı aeroportuna endi – BOMBA TƏHLÜKƏSİ
İranın hava limanı bağlandı- Bakıya eniş edilir
AZAL- ın təyyarəsi məcburi eniş edib
Bakıdan Moskvaya uçan təyyarə təcili eniş etdi
Təyyarə təcili eniş etdi- SƏBƏB İSƏ...
Daha bir təyyarə Bakıya təcili eniş etdi
AZAL- ın təyyarəsi məcburi eniş edib
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 