Şəkidə 417 hektar əkin sahəsində çəyirtkələrə qarşı kimyəvi mübarizə tədbirləri aparılıb.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Şəkinin Acınohur, İncə və Səbətli kəndlərinin ərazisində İtaliya çəyirtkəsinə (Calliptamus italicus) qarşı fitosanitar monitorinq həyata keçirilib və kütləvi sirayətlənmə aşkar olunmuş 417 ha əkin sahəsində iyulun 5-də kimyəvi mübarizə tədbirlərlərinə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən aparılan mübarizə tədbirlərində Artst (0,3l/ha) və Asetisuper (0,2kq/ha) insektisidlərindən istifadə edilib və yüksək bioloji səmərəlilik əldə edilib. İsçi məhlul kimi 200 litr su götürülüb. Vaxtında başlayan mübarizə nəticəsində meyvə bağları, qarğıdalı, tütün və bostan-tərəvəz sahələrinə vurulan ziyanın və İtaliya çəyirtkəsinin yumurta qoymaq mərhələsinin qarşısı alınıb.
Mübarizə tədbirləri iyulun 13-də başa çatıb.
Şəki Bitki Mühafizəsi Mərkəzi tərəfindən aparılan araşdırmalar zamanı çəyirtkələrin Gürcüstanın İori yaylasından Qax və Zaqatala rayonlarının arasındakı Qanıx və Alazan çayları vasitəsi ilə miqrasiya etdiyi müəyyən olunub.
İtaliya çəyirtkəsinin miqrasiyası axırıncı dəfə 2012-2014-cu illərdə baş verib. Çəyirtkələr kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.
Kimyəvi mubarizəni həmişə küləyin istiqamətinə perpendikulyar şəkildə, sahənin qurtaracağında başlamaq lazımdır. Mübarizə zamanı küləyin sürəti 5m/san-dən çox olmamalı, traktorun hərəkət sürəti isə 7 km/saat olmalıdır. Dərman preparatları kənarda həll edilib tokulməlidir.



Azərbaycanın 34 rayonunda ÇƏYİRTKƏ TƏHLÜKƏSİ
Çəyirtkələrə qarşı mübarizə
Azərbaycana keçən çəyirtkələrin qarşısı alınıb
Lənkəranda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı kimyəvi mübarizə aparılıb
Ağcabədi rayonunda regional müşavirə keçirilib
İpəksarıyana qarşı mübarizə tədbirləri davam edir
Şabranda zərərli orqanizm olan Amerika ağ kəpənəyi aşkar olunub
Pambıq sahələrində payızlıq əkin sovkasına qarşı mübarizə tədbirləri başlayıb
Dövlət fitosanitar nəzarəti xidməti kürdəmir rayonunda fermerlərlə görüş keçirib
Pambıqçılıqla bağlı təlimlər davam edir
Nazirlikdən ciddi xəbərdarlıq
Azərbaycanda səhralaşmaya qarşı mübarizə aparılacaq - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 