Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində cəyirtkəkimilərə qarşı 6808 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.
Nazirlikdən ONN media-a verilən məlumata görə, mübarizə tədbirləri əsasən Küdrü düzü ərazisində 2480 hektar, Ceyrançöl ərazisində 4048 hektar sahədə həyata keçirilib: "Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcimli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və Skout tupli və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib. Qeyd edək ki, ölkəmizdə Mərakeş çəyirtkəsi, əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir".
Məlumatda qeyd olunub ki, çəyirtkə qışlaqları Azərbaycanın 34 rayonun ərazisində qeydə alınır: "Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar. Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 çağrı mərkəzinə məlumat verilsin. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir".



Çəyirtkələrə qarşı mübarizə
Azərbaycana keçən çəyirtkələrin qarşısı alınıb
Gürcüstandan Azərbaycana İtalya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
Lənkəranda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı kimyəvi mübarizə aparılıb
Ağcabədi rayonunda regional müşavirə keçirilib
Azərbaycan- İran sərhəddində yanğın
Şabranda zərərli orqanizm olan Amerika ağ kəpənəyi aşkar olunub
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə startaplara dəstək verəcək
Azərbaycanda taxıl biçini mövsümünə start verildi
Dövlət fitosanitar nəzarəti xidməti kürdəmir rayonunda fermerlərlə görüş keçirib
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq
Pambıqçılıqla bağlı təlimlər davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 