Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda keçirilən təlimlərin qrafikinə uyğun olaraq pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri ilə təlimləri davam etdirir.
Kənd Təsərrüfatı Nazirliyindən ONN media -ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin, Bitki Sortlarının Qeydiyyat və Toxum Nəzarəti Dövlət Xidmətinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin və “Aqrolizinq” ASC-nin mütəxəssislərindən ibarət qrup Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarında açıq tarla şəraitində fermerlərə təlim keçiblər.
Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov kimyəvi mübarizə zamanı istifadə olunan pestisidlərin işlək məhlulunun hazırlanması və düzgün tətbiqi ilə bağlı tövsiyyələr verib: “Pambıq zərərvericilərindən biri mənənələrə qarşı kimyəvi mübarizə məqsədi ilə istifadə olunan “Asetamiprid” tərkibli preparatların və pambıq sovkasına qarşı istifadə olunan “Emomektin Benzoat” tərkibli pestisidlərin həll olunması zamanı suyun temperaturuna diqqət yetirmək lazımdır. Yəni, işlək məhlulu 18-220 temperaturda kiçik həcimli qablarda həll etməli, sonra böyük tutumlu çənlərə əlavə edərək tətbiq etməliyik. Bu qaydalara düzgün əməl olunması preparatın tam həll olunmasına və zərərvericilərə qarşı istifadə olunan pestisidin təsir qabiliyyətinin daha da yüksəlməsinə səbəb olur”.
Digər təlimçilər çiləyici aqreqatların nizamlanması, həmçinin pambıq bitkisinin becərilməsi zamanı aqrotexniki qulluq qaydalarının düzgün tətbiqi, yemləmə gübrələrinin verilmə qaydaları kimi vacib prosedurları əyani şəkildə iştirakçıların diqqətinə çatdırıblar.
Müzakirələr zamanı qarşıda duran problemlərin həlli istiqamətində müzakirələr aparılıb və iştirakçılar aqrotexniki tədbirlər zamanı qarşılaşdıqları problemlər barədə danışıblar. Onların qarşılaşdıqları problemlər yerindəcə müzakirə olunub və problemlərin həlli ilə bağlı onlara müvafiq tövsiyələr verilib. Təlimin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.



Pambıqçılıqla bağlı təlimlər davam edir
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
Baş nazirdən yeni qərar
Aqrar Xidmətlər Agentliyinə yeni TƏYİNAT
Ağcabədi rayonunda regional müşavirə keçirilib
Azərbaycana keçən çəyirtkələrin qarşısı alınıb
Azərbaycanda özəl toxumçuların ilk ümumrespublika müşavirəsi keçirilib
Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub
Bu instituta direktor axtarılır
Kənd Təsərrufatı Nazirliyində YENİLİK
Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir
Bitki və bitkiçiliyin yoxlanılması üzrə təlimlər başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 