Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara çaylarında 30-70, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.
İyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 68 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 34 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.
İyulun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6 sm azalma, Salyanda 2 sm artım qeydə alınıb, Bankə və Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm (2017-ci il iyulun 20-də 320 sm), Şirvanda 147 sm (2017-ci il iyulun 20-də 165 sm), Salyanda 65 sm (2017-ci il iyulun 20-də 80 sm), Bankədə 171 sm (2017-ci il iyulun 20-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il iyulun 20-də 40 sm) təşkil edir.



Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda sululuq səviyyəsi açıqlandı
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi açıqlandı
Çaylarda suyun səviyyəsi necədir?
Son günlər çaylarda sululuq səviyyəsi dəyişib - ETSN
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 