Son 10 gün üzrə respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 135-140, Kiçik Qafqazın çaylarında 140-210, Lənkəran-Astara bölgəsi çaylarında 140, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 187 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyan və Araz çayının Novruzlu məntəqəsində 2, Bankədə 6 sm azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 12-də 460 sm), Şirvanda 253 sm (2017-ci il yanvarın 12-də 355 sm), Salyanda 211 sm (2017-ci il yanvarın 12-də 319 sm), Bankədə 199 sm (2017-ci il yanvarın 12-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 12-də 185 sm) təşkil edib.



Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda sululuq səviyyəsi açıqlandı
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda son durum
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi açıqlandı
Çaylarda son vəziyyət necədi?
Çaylarda suyun səviyyəsi dəyişdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 