Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edib.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edib. 2018-ci ildə isə bu rəqəm 245 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edib. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2018-ci il yanvarın 3-də 384 sm), Şirvanda 347 sm (2018-ci il yanvarın 3-də 249 sm), Salyanda 317 (2018-ci il yanvarın 3-də 215 sm), Bankədə 263 sm (2018-ci il yanvarın 3-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2018-ci il yanvarın 03-də 120 sm) təşkil edib.



Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda sululuq səviyyəsi açıqlandı
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda son vəziyyət necədi?
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Son günlər çaylarda sululuq səviyyəsi dəyişib - ETSN
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda son durum
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 