Şəmkirin Qaracəmirli kəndinin fermerləri əkin sahələrinin susuzluqdan əziyyət çəkdiyini, aidiyyəti qurumların yonca sahələrini suvarmaq üçün fermerləri su ilə təmin etməkdə aciz qaldığını iddia edirlər.
ONN media bildirir ki, bir qrup kənd sakininin Publika.az-a bildirdiyinə görə, yayın isti günlərində əkin sahələrini suvara bilmirlər. Onlar problemin uzun müddətdir ki, davam etdiyini deyirlər. Sakinlərin iddialarına görə, yonca əkilən torpaqların susuzluqdan "dodaqları çatlayıb".
Qaracəmirli sakinlərinin sözlərinə görə, təsərrüfat sahələrini suvarmaq üçün dəfələrlə yerli icra orqanlarına məlumat veriblər. Lakin bu günə qədər onları eşidən olmayıb.
Kiçik və orta ölçülü heyvandarlıq təsərrüfatlarının ot və yem ehtiyatlarını qarşılamaqla məşğul olan fermerlər bu gedişlə qışda onları çətin sınaqların gözlədiyini söyləyirlər. Qaracəmirli kənd sakinləri onlarla fermerin yay dövründə bu cür problemlə üzləşdiyini vurğulayırlar.
Redaksiyamızdan onların eşidilməyən səslərinin yuxarı instansiyalara çatdırılmasını xahiş edirlər.
Məsələni araşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, su və meliorasiya məsələlərinə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti baxır. Adıçəkilən qurumla əlaqə saxlamağa çalışsaq da, sualımızı ünvanlayacaq şəxs tapmadıq.
Ümid edirik ki, ən qısa zamanda Şəmkirin Qaracəmirli kəndinin fermerlərinin problemi aradan qaldırılacaq.



Kür çayı Tovuzda fəsadlar törətdi
“Azərsun Şamaxı Aqropark”ın açılışı oldu
Azərbaycanda yanğınlar törədən 15 nəfər həbs olundu
Kənd Təsərrüfatı Nazirliyindən QADAĞA
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq etdi
Şəhid Anar Kazımovun anası dünyasını dəyişdi
Yunan fermerlər etiraza başladı
Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılır
ŞAD XƏBƏR: Bu şəxslərə Kompensasiya ödənəcək
Kürdə suyun səviyyəsinin artması ətraf rayonlara necə təsir edəcək? - AÇIQLAMA
Prezident sərəncam imzaladı
Diqqət! 2018 ci ildən əkin yerlərini yandıranlar cərimə olunacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 