Energetika Nazirliyinin mətbuat xidmətindən Zəminə Əliyeva ONN media-ya bildirib ki, yanvar-aprel aylarında Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə strateji yol xəritəsi üzrə işçi qrup və alt qruplarının iclasları keçirilib.
2018-ci ilin I rübü və aprel ayı ərzində Energetika Nazirliyinin əlaqələndirici qurum olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış işçi qrupunun və alt qrupların iclasları keçirilib. İşçi qrupunun iclaslarında Strateji Yol Xəritəsi üzrə Tədbirlər Planının icra vəziyyəti və cari ildə görüləcək işlər müzakirə edilib. Qurumlar tərəfindən Strateji Yol Xəritəsinin icrası zamanı qarşıya çıxan problemlər və təkliflərlə bağlı müzakirələr aparılıb, tədbirlərin vaxtında və səmərəli yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Eləcə də Strateji Yol Xəritəsinin icrasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətindən irəli gələn məsələlər müzakirə edilib.
Bundan başqa “Milli istehsal portfelinin ehtiyat həcminin artırılması” prioriteti üzrə alt işçi qrupunun iclası da keçirilib. İclasda cari ildə tədbirlər planına əsasən görüləcək işlər, özəl investorlar tərəfindən elektrik stansiyalarının tikilməsi və istismarı məqsədilə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması, istehsal güclərinin yaradılması ilə əlaqədar tədbirlər planının tərtib edilməsi, əlavə istehsal güclərinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. “Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi” və “Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi” prioritetləri üzrə keçirilmiş iclasda isə “Azəristiliktəchizat” ASC tərəfindən son illərdə müasir enerjidən səmərəli istifadə edən modul tipli qazanxanaların istismarı, köhnə qazanxanaların səmərəliliyinin artırılması, eyni zamanda sayğaclaşma məsələləri ilə bağlı pilot layihə çərçivəsində görülmüş işlər barədə müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Energetika Nazirliyinin əsas icraçısı olduğu 8 tədbirin icrası 2017-ci ildə yekunlaşıb, 7 tədbirin icrasının 2018-ci ildə, 5 tədbirin icrasının isə 2018-2020-ci illərdə tamamlanması nəzərdə tutulub.



Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb
İşçi Qrupunun iclası keçirildi
Energetika Nazirliyində bu məqsədlə seminar keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib
Azərbaycan-Almaniya: 8-ci iclas keçiriləcək
Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub
Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu yaradılıb
Energetika naziri Qazaxıstanın energetika nazirinin müavini ilə görüşdü
Bakıda üçtərəfli görüş keçirilib
Azərbaycanla yol xəritəsi hazırlanır - Rusiya XİN
Energetika Nazirliyi bir sıra tədbirlər həyata keçirir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 