İyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üstündən keçiblər.
ONN media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasındadır.
Tədbirin aparıcısı qırmızı xalıdan keçən Leyla Əliyevanı festivalın muzası kimi təqdim edərək, onda bu qədər pozitiv axının olmasına heyrətini ifadə edib.
Leyla Əliyeva festivalın birinci gününün yüksək səviyyədə keçdiyini qeyd edərək iştirakçılara və tamaşaçılara gözəl vaxt keçirməyi arzulayıb.
Qırmızı xalıdan festivalın təşkilatçısı Sergey Kojevnikov ailəsi ilə, eləcə də Qriqori Leps, The Jigits qrupu, Sevda Ələkbərzadə, Soqdiana, Stas Pyexa, Darya Antonyuk, Azərbaycanın Xalq Artisti Emin Ağalarov və övladı, Kristina Orbakayte, Filip Kirkorov, Valeriya, Araz Ağalarov həyat yoldaşı, qızı və digərləri keçiblər.
Festivalın təşkilatçılarından olan Azərbaycanın Xalq Artisti Emin Ağalarov bu gün Leonid Aqutinin, Sergey Presnyakovun və Valeriyanın yubiley gecələrinin keçiriləcəyini bildirib.
Qırmızı xalı üzərindən keçən ifaçılar Bakı, festival haqqında təəssüratlarını bölüşüb, yaradıcılıq yeniliklərindən söz açıblar.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps və “Russkoye Radio”nun, “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.



Leyla Əliyeva “Jara 2018” festivalında - VİDEO,FOTOLAR
Leyla Əliyeva “Jara-2019”un fəxri qonaqları arasında
Prezidentin nəvəsi aparıcılıq edəcək
“Jara” ilk dəfə Soçidə keçiriləcək
Rusiyalı məşhurlar “Jara” festivalına görə Bakıya axın etdi - FOTOLAR
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Emin Ağalarov elan etdi: "Jara" bu il...
Emin Leylanın ad gününü belə təbrik etdi
Stas Pyexa 14 ildən sonra Bakıda
Bakıda Leyla Əliyevanın sərgisi açıldı
Leyla Əliyeva ürək sözlərini yazdı: Ən vacib insansan...
Leyla Əliyeva uşaq sığınacağında olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 