ONN media xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri üçün maraqlı müsabiqə keçirib.
İyun ayının 27-də start götürmüş müsabiqədə iştirak etmək üçün "Bakcell"i "Instagram"da izləyən abunəçilər kreativ şəkil çəkərək, onu maraqlı stikerlərlə bəzəməli və üzərinə #BakcellileDaimOnline heşteqi olan şəkili özünün "Instagram" profilindən açıq şəkildə paylaşmalı idilər. Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən əsas hədiyyənin qalibi və 2-ci yeri tutmuş 50 nəfər iştirakçı təsadüfi qaydada müəyyən edilib.
1-ci yerin qalibi "Bakcell"dən Samsung Galaxy S9 smartfonu qazanıb. Digər qaliblər isə "28 Mall"da yerləşən "Cinemaplus" kinoteatrında eksklüziv təşkil olunmuş "Qarışqa adam və arı" filminin qapalı seansına dəvət olunublar.
Qeyd edək ki, müsabiqə Bakcell-in yeni "DaimOnline" tarifinin tanıdılması məqsədilə həyata keçirilib. Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verməsini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni "DaimOnline" paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz "WhatsApp", "Facebook" və "Instagram" istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər.
Bakcell şirkətinin yeni "DaimOnline" tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.



“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!
Mobil operatorların "korona güzəşti" varmı? - Açıqlama
"Bakcell"ə yeni rəhbər təyin olundu - FOTO
Bakcell yaranmış fasilə ilə bağlı məlumat yaydı
Prezidentdən bu məsələ ilə bağlı MÜHÜM QƏRAR
DİQQƏT- Nəticələr açıqlandı
Bu yay “Samsung” smartfonu və hədiyyələr “Azercell”dən!
DİQQƏT - Bugünkü qəbul imtahanının nəticələri açıqlandı
İmtahanların nəticəsi ELAN EDİLDİ
Parkinqlə bağlı bu xidmət pullu oldu
Nəsimiyə həsr olunan xalça sərgisi açılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 