Artıq bəzi şirkətlər və qurumlar xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkədə başladılan "Evdə qal" kampaniyası çərçivəsində əhaliyə dəstək olmaq üçün müəyyən yardımlar və güzəştlər edirlər. Bu şirkətlər arasında mobil operatorların yer almaması isə əhali tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı sorğusuna cavab olaraq "Azercell"dən bildirilib ki, şirkət abunəçiləri üçün bəzi tətbiqlərə müəyyən endirimlər edib: "Azercell" təqdim etdiyi "Busuu" - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, "Zvuk" musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib. Abunəçilər həmin güzəştlərdən rahatlıqla yararlana bilərlər". "Bakcell"dən isə bildirilib ki, koronavirusla mübarizədə şirkət vətəndaşlara bir sıra yardımlar edib: "Bakcell" Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. "Bakcell" əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir. Həmçinin, şirkət müəyyən karantin məntəqələrində çalışan tibb işçilərinə 100 manat, karantində olan vətəndaşlarımıza isə 50 manat məbləğində ödəmə kartları göndərib. 22 mart tarixindən etibarən "Bakcell" abunəçiləri öz telefonlarının ekranlarında “Evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün "Bakcell" abunəçiləri üçün pulsuzdur. Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib. Qeyd olunan tədbirlərlə yanaşı "Bakcell" şirkəti abunəçilərimiz və bütün ölkə vətəndaşlarımızın sağlamlığına töhfə verə biləcək digər mühüm layihələr üzərində işləyir və bu layihələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək". Qeyd edək ki, sözügedən sorğumuzla əlaqədar "Nar"a etdiyimiz müraciət cavabsız qalıb.axar.az
Mobil operatorların "korona güzəşti" varmı? - Açıqlama



"Azercell"dən Novruz hədiyyələri davam edir!
“Azercell”lə limitsiz “WhatsApp” yazışmaları
"Azercell"dən Novruza özəl kampaniya!
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
Mobil operatorların üzərinə yeni vəzifə qoyulur
“Azercell”dən abonentlərə: Bu mesajlara cavab verməyin
Azərbaycanda ilk dəfə: dənizdə mobil internet!
"Azercell"dən abunəçilərini SEVİNDİRƏN KAMPANİYA
"Azercell"dən yeni xidmət - "Mobil Ödəmə"
"Azercell" Cocuq Mərcanlıda yaşayan abunəçilərini sevindirdi
Bu yay “Samsung” smartfonu və hədiyyələr “Azercell”dən!
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 