Layihənin müddəti sona çatsada “İcma əsaslı sosial reabilitasiya mərkəzi”nin fəaliyyəti davam edəcək.
İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata əasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayonunda həyata keçirtdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” adlı layihəsinin müddəti müqaviləyə əsasən cari ilin avqust ayının 16-da bitməsinə baxmayaraq, mərkəz öz fəaliyyətini davam etdirəcək. Bu layihə çərçivəsində dörd ay ərzində 18 yaşadək otuzdan çox sağlamlıq imkanları məhdud uşaqlara və yüz nəfərdən artıq Abşeron rayon sakinlərinə sosial-psixoloji reabilitasiya, abilitasiya, sosial iş, ailəyə dəstək və ailələrin maarifləndirilməsi xidmətləri göstərilib. Layihəyə əsasən göstərdiyimiz xidmət ümumi olaraq uşaqların və valideyinlərin ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edib.
1. Sosial iş,
2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
3. Sosial-psixoloji dəstək,
4. Sosiallaşma və ünsiyyət,
5. Koqnitiv bacarıqlar və təhsil,
6. Nitq problemləri,
7. Hərəkət problemləri (fiziki inkişaf).
Layihənin birinci ayında Abşeron rayonunda fəaliyyət göstərən aidiyatı dövlət qurumları ilə səmərəli əməkdaşlıq şəraitində rayon ərazisində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar və sosial xidmətə ehtiyacı olan valideyinlər müəyyən edildi. Xidmətlərimiz valideyinlərə izah edildi və onların qarşılaşdığı problemlər dinlənildi. Mərkəz lazım olan avadanlıqlarla təhciz edildi. Fərdi yanaşma üsulu ilə valideyinlərin və sağlamlq imkanları məhdud uşaqların üzləşdilkləri çətinliklərlə əlaqəli işlər aparıldı. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən və bu xidmətlərə çıxışları məhdud olduğuna görə valideyinlər arasında marifləndirmə işləri aparılıdı, bukletlər çap olunub paylandı, hüquqları və imtiyazları özlərinə izah edildi, onların sosial yardım almalarına, özünə məşğulluq proqramlarından yararlanmalarına, əlil arabalarının və digər ortopedik vasitələrin almalarına, peşə reabilitasiyasiyasi mərkəzlərinə, o cümlədən tibbi-reabilitasiya mərkəzlrinə yerləşdirilməsinə və üzləşdikləri digər məsələlərin həllində layihənin
işci qrupu və layihəyə cəlb olunmuş könüllü hüquqşünaslar tərəfindən lazımı dəstək göstərildi. Bu layihənin əhəmiyyətli olmasını nəzərə alaraq icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyəti bundan sonrada təşkilatımızın daxili imkanları hesabına eyni qaydada vətəndaşlarımıza xidmət edəcək.



Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir
Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq
Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Bakıya gətirildi
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində oldu
Sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə şad xəbər
İlham Əliyev “Uşaq hüquqları haqqında” Qanuna edilən dəyişikliyi təsdiqlədi
Prezident uşaqlarla bağlı bu qanuna dəyişiklik etdi
İlham Əliyev sərəncam imzaladı
46 minə yaxın şəxsə əlillik təyin olunub
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə ilk tədbir həyata keçirilib
Əlilliyi olan şəxslər 35351 reabilitasiya vasitəsi ilə təmin edilib
Zorakılıqla üzləşənlərin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 