Samux rayonunda icma əsaslı reabilitasiya mərkəzi fəaliyyətini uğurla davam etdirir.
İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti ONN media -ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Samux rayonunda yaradılan “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi” fəaliyətini uğurla davam etdirir. Mərkəz lazımı avadanlıqlarla təmin olunub. Mərkəzin işçi heyyəti gün ərzində 8 saat olmaqla mərkəzdə və evlərdə sosial xidmətə ehtiyacı olan ailələrə xidmət göstərir. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən sosial xidmətə çıxışları məhduddu. Bu məqsədlə valideyinlər arasında marifləndirmə işləri aparılır, onların sosial yardım almalarına, özünə məşğulluq proqramlarından yararlanmalarına və üzləşdikləri digər məsələlərin həllində layihənin işci qrupu və layihəyə cəlb olunmuş könüllü hüquqşünaslar tərəfindən lazımı dəstək göstərilir. Mərkəzdə 18 yaşadək sağlamlıq imkanları məhdud olan 50 uşağa və 150 valideyinə icma əsaslı reabilitasiya xidmətlərinin göstərilir. Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstərilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf). sahələri əhatə edir.



“İcma əsaslı sosial reabilitasiya mərkəzi”nin fəaliyyəti davam edəcək
Nazirlik: Sosial xidmət mərkəzlərinin sayı artırılacaq
Ukraynada müharibədən əziyyət çəkən uşaqlar Bakıya gətirildi
Azərbaycanda ilk “E-sosial” internet portalı
Leyla Əliyeva 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində
46 minə yaxın şəxsə əlillik təyin olunub
Nazirlik bu uşaqların valideynləri ilə iş aparacaq
Zorakılıqla üzləşənlərin DİQQƏTİNƏ
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR
İlham Əliyev Bakıda 4 saylı DOST mərkəzinin açılışında iştirak edib - YENİLƏNİB
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
DSMF-dən əhaliyə vacib müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 