ONN media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən "Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə həyata keçirilir. Layihə üzrə ilk tədbir "Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzi"-də baş tutub.
Layihə rəhbəri və "Arabaçı Əlillər Şəbəkəsi"-in sədri Ruhin Cəfərov layihə haqqında çıxış etdikdən sonra 100-ə yaxın əlilliyi olan şəxslərə paralimpiya idman növləri haqqında məlumat verilib. Daha sonra isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin idman şöbəsinin sektor müdiri Yaşar Rzayev, millət vəkili Ceyhun Məmmədov, Yay Paralimpiya Oyunları çempionu Elvin Aslanov, "DanceAbility Azerbaijan"-ın təsisçisi Nigar Sultanova, Azərbaycan Respublikası Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov və Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Rəhilə Həsrətova "paralimpiya idman növləri", "əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya üsulları" və s. mövzular üzrə çıxışlar ediblər. Eşitmə və nitq qabiliyyəti məhdud iştirakçı şəxslər üçün çıxışlar jest dilində canlı olaraq tərcümə edilib.
Tədbirin sonunda iştirakçılara motivasiya məqsədi ilə sertifikatlar təqdim edilib və çay süfrəsi ətrafında əlilliyi olan şəxslər ilə səmimi görüş keçirilib



"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb
Paralimpiyaçılarımız Tokioda şanlı tarix yazır
Azərbaycanda federasiya prezidenti öldü - BU SƏBƏBDƏN
Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ
“Dərsdən sonra” layihəsinə yekun vuruldu
"Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar" adlı layihə
İlham Əliyev sərəncam imzaladı
Atletlərimiz qızıl və gümüş medallar qazandılar
Tokio-2020: Azərbaycan paraüzgüçüləri Yaponiyaya yollandı
"Avropa mediasında feyk məlumatlara qarşı mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib - FOTOLAR
"Müharibə və insanlıq əleyhinə törədilən cinayətlər. İkili standartlar və reallıq" adlı jurnalın təqdimat mərasimi keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 