Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
DSX-dən ONN media-ya verilən məlumata görə, təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə göstərdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradılmasını qeyd edib, yeni istifadəyə verilən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü olduğunu vurğulayıb.
1992-ci ilin iyun ayının 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olmayan “Xudat” sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qabaqcıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sərhədlərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə edib.
Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Xudat” sərhəd dəstəsinə 4 dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanıb.
Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu olmayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakinlərinin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhəd mühafizəsinin təşkilinə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdarlığını bildirib.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.



Təmas xəttində yeni hərbi hissə istifadəyə verildi - FOTO
Elçin Quliyev Gürcüstan sərhəddində
Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı oldu
Elçin Quliyev Ermənistanla sərhəddə
Əsgərimiz şəhid oldu: General dərhal sərhədə getdi - Foto
SON DƏQİQƏ - Hərbçilərimiz qəzaya düşdü, qərargah rəisi öldü
İran sərhəddində atışma- Yaralanan var
Sərhədçilər and içdi
Şəhidimiz medalla təltif edildi
Elçin Quliyev Ermənistanla sərhəddə
DSX-nın əsgəri vəfat edib
Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 