Azərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da zəhərlənmə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.
ONN media bildirirr ki, buxarılara quraşdırılan təbii ventilyasiya qurğusunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Şahlar Babayev deyib ki, bu qurğunu 2014-cü ildə Prezident İlham Əliyevin həmin ili "Sənaye ili" elan etməsi ilə əlaqədar ixtira edib. Yeni ixtira ilə otaqdakı yanmış və yanmamış qazları, eləcə də mətbəxdəki xoşagəlməz qoxunu buxarılardan çıxararaq atmosferin yuxarı qatına atmaq, habelə otaqlara dolmuş dəm qazının təsirindən zəhərlənmə və ölüm riskini aradan qaldırmaq mümkündür.
Şahlar Babayev qeyd edib ki, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Həm də qurğunun borusu diyircəklər üzərində yerləşdirildiyindən onun gövdəsi küləyə qarşı çevrilir və külək bacalara daxil ola bilmir. Beləliklə, hündürmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür və neçə-neçə ailəyə bədbəxtlik gətirən küləyin özü həmin insanların xilaskarına çevrilir.
Bu vaxta qədər qurğunun müxtəlif forma və parametrlərinə, eləcə də iş mexanizminə görə Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alındığını qeyd edən alim bildirib ki, hazırda qurğunun daha da təkmilləşdirilməsi və onun böyük texnoloji imkanlara malik variantını hazırlamaq istiqamətində işlər davam etdirilir.
Quruluşu çox sadə olan bu qurğunu hazırda bütün çilingər emalatxanalarında düzəltmək və evlərin damında yerləşdirmək mümkündür. İndi alimin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına, eləcə də müxtəlif təsərrüfatlarda, kimya laboratoriyalarında, ən əsası isə yaşayış binalarında təyinatı üzrə tətbiqinə nail olmaqdır.



Ramiz Mehdiyev ona YÜKSƏK VƏZİFƏ verdi
Yaponiyada yeməklərin dadını ötürən televizor ixtira edildi
Ali məktəblərdə YENİLİK OLACAQ
Azərbaycanlı alimlərdən yeni ixtira
İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı danışdı – VİDEO
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
Azərbaycanlı kimyaçı alim vəfat etdi
Azərbaycan alimləri yeni velosiped yaradıblar
Akademik, cərrah həyatını itirdi
Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib
Telefonunuz bir neçə dəqiqəyə enerji yığacaq - MÖHTƏŞƏM İXTİRA
Yeni rektor kollektivə təqdim olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 