Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən avqustun 31-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masalı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl nazir Muxtar Babayev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Ekologiya və Təbii Sərvətlər naziri Şabran şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Hacıqabulda vətəndaşları qəbul edib
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edib
Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib
Naziri Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək
Nazir Ağstafada vətəndaşları qəbul edib
Muxtar Babayevdən YENİ TƏYİNAT
ETSN-da bu idarələr ləğv edildi
Bu nazirliyin strukturunda dəyişiklik edildi
Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Energetika naziri və nazir müavinləri vətəndaşları qəbul edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 