Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
ONN media xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyulun 27-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşlarını qəbul edib.
Qəbuldan əvvəl nazir Muxtar Babayev və Şabran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, tullantıların idarə olunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi, suvarma-içməli su problemləri və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Ekologiya və Təbii Sərvətlər naziri Masallı şəhərində vətəndaşları qəbul etdi
Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib
Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edib
Ədliyyə naziri Hacıqabulda vətəndaşları qəbul edib
Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
Nazir Ağstafada vətəndaşları qəbul edib
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul etdi
Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi
Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Baş prokuror Tərtərdə vətəndaşları qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 