Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 31-də ədliyyə naziri Fikrət Məmmədov Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Müşavirədə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb, ədliyyə və məhkəmə sisteminin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib, şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub.



Ədliyyə naziri Göyçayda vətəndaşları qəbul edib
Ədliyyə naziri Siyəzəndə vətəndaşları qəbul edib
Nazir Ağstafada vətəndaşları qəbul edib
Ədliyyə naziri Balakən rayonunda vətəndaşları qəbul etdi
Ekologiya və Təbii Sərvətlər naziri Masallı şəhərində vətəndaşları qəbul etdi
Ədliyyə naziri Qubada vətəndaşları qəbul edib
Nazir Xaçmazda vətəndaşları qəbul etdi
Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi
Nazir Fikrət Məmmədov vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər naziri Şabran şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Ağdaşda vətəndaşları qəbul edib
Fikrət Məmmədov Hacıqabulda qəbul keçirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 