Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur.
ONN media xəbər verir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Söhbət “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.
Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.
Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün ƏMDK-nın elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu”elektron müraciət formasınadaxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir.İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.
Bundan başqa, 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.



Azərbaycanda 194 dövlət əmlakı özəlləşdirildi
İpotekanın dövlət qeydiyyatı necə həyata keçirilir?
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 9 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 56 dövlət əmlakı satışa çıxarılır
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
Azərbaycanda daha 25 dövlət əmlakı özəlləşdirilir - SİYAHI
Daşınmaz əmlaka "kupça" almaq istəyənlərin nəzərinə!
Azərbaycanda 13 şirkət hərraca çıxarılacaq
Azərbaycanda daha 101 dövlət əmlakı satışa çıxarılır
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 