Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. Bu Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan "Kadastr kalkulyatoru" ilə mümkündür. Komitədən ONN media -ya verilən məlumata görə, informativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir. Bu elektron xidmət istifadəçiyə "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi" və "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.
Artıq dövlət rüsumunu ən rahat yolla öyrənmək mümkün olacaq

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 40-cı elektron xidmət olan "Kadastr kalkulyatoru" bölməsinə daxil ola bilər. Sadə formada istifadəyə uyğun olan elektron xidmət sahəsindən "Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi" və ya "Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi" bölməsi seçilir. Xidmətlərdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilir. Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunur. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərdə çevikliyə və məmnunluğa yönələn belə üstünlüklər fəaliyyətdə səmərəliliyi artırır, vətəndaşların xidmətlərdən rahatlıqla istifadəsinə şərait yaradır.


Daşınmaz əmlaka "kupça" almaq istəyənlərin nəzərinə!
İpotekanın dövlət qeydiyyatı necə həyata keçirilir?
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən YENİLİK
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib
Türkiyədə əmlak sahibi olmaq istəyənlərə şad xəbər
Evlərə "kupça"nı necə almaq olar?
Qanunsuz tikililərlə bağlı YENİLİK
Azərbaycanda daha 13 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 41 dövlət əmlakı hərraca çıxarılacaq
Azərbaycanda daha 9 dövlət əmlakı özəlləşdirildi
Azərbaycanda daha 25 dövlət əmlakı özəlləşdirilir - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: 21 avtomobil hərraca çıxarılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 