26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONN media -ya verilən məlumata görə, “İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri isə “Qlobal İnfluenser Günü” (Global İnfluencer Day) olacaq. “Keepface” platformasının rəhbəri Emin Vəli bildirib ki, tədbir çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək. “Sofiya” indiyədək 40 ölkəyə səfər edib.
“Ağıllı robot insana məxsus 60 təəssüratı (gülmək, yuxulamaq, təəssüflənmək, xoşbəxt olmaq, qorxmaq, təəccüblənmək və s.) ifadə etmək bacarığına sahibdir. İngilis və rus dilində sərbəst danışa, ünvanlanmış sualları məntiqə uyğun olaraq cavablaya bilir. Hətta onun öz şəxsi kredit kartı da mövcuddur. Ölkəmizə səfəri çərçivəsində “Sofiya”nı Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan milli geyimində izləmək mümkün olacaq.
“Qlobal İnfluenser Günü” çərçivəsində qeyd edildiyi kimi, müxtəlif ölkələrdən 1 milyondan çox izləyicisi olan “influenser”lər qatılacaq. Həmin şəxslərin sosial şəbəkələrdə ümumilikdə 30 milyondan çox təqibçisi var. Biz bu böyük rəqəmdən yararlanaraq “influenser”lər üçün Bakının gəzməli-görməli yerləri, milli mətbəximizlə tanışlıq üçün kontent turu təşkil edəcəyik. Bu imkan verəcək ki, “İnnovasiyalar həftəsi” çərçivəsində qlobal arenada da Azərbaycan haqqında məlumatlar paylaşılsın”.



Sofiya ASAN-dan getdi
Sofiya robotu korrupsiya sözündən donub qaldı
Dünyanın ən ağıllı robotu Türkiyəyə gəlir - Foto/Video
“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib?
"Azərbaycan perspektivli ölkədir" - Robort Sofiya
"Bu məsələdə bir çağırış var" – Millət vəkili
Dünyaca məşhur robot Sophia bu tarixlərdə Bakıda olacaq
Robot balıq yaradıldı - Texnoloji yenilik
Təhsil müəssisələrində “Oxu həftəsi” keçirilir
Sofiyaya getmək istəyənlərə ŞAD XƏBƏR
Dünyada ilk dəfə robot ürək əməliyyatı etdi
Rəşad Nəbiyev yeni vəzifəsi haqqında danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 