Respublika çaylarında sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONN media -ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 70-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, sentyabrın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 17 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, sentyabrın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqələrində 2 sm artım, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 321 sm (2017-ci il sentyabrın 28-də 330 sm), Şirvanda 215 sm (2017-ci il sentyabrın 28-də 191 sm), Salyanda 175 sm (2017-ci il sentyabrın 28-də 140 sm), Bankədə 201 sm (2017-ci il sentyabrın 28-də 212 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 sm (2017-ci il sentyabrın 28-də 55 sm) təşkil edir.



Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda hazırki VƏZİYYƏT NECƏDİR?
Çaylarda sululuq səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi dəyişib
Çaylarda suyun səviyyəsi açıqlandı
Çaylarda sululuq səviyyəsi açıqlandı
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi dəyişdi
Çaylarda mövcud vəziyyət necədir? - AÇIQLAMA
Son günlər çaylarda sululuq səviyyəsi dəyişib - ETSN
Çaylarda suyun səviyyəsi dəyişib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 