Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyin edilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən ONN media -ya verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.
O, bu gün qoruğun kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan qoruğunun Azərbaycan tarixindəki mövqeyi, ölkənin qədim yaşayış məskəni kimi təbliğ olunmasında əhəmiyyətindən danışıb.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxış edərək nazirlik daxilində aparılan islahatlara toxunub. O bildirib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyəti nazirlik tərəfindən diqqətdə saxlanılır: "Qoruğun ölkəyə gələn xarici qonaqların da həmişə marağında olduğunu nəzərə alaraq xidmət səviyyəsi daha da artırılmalıdır".
Yeni təyinata toxunan nazir müavini R.Bayramov deyib ki, Vüqar İsayevin qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gələcəyinə ümidvardır.
Sonda çıxış edən Vüqar İsayev ona göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirərək, qarşıya qoyulan məqsədlər üçün çalışacağını diqqətə çatdırıb.
Qeyd etdi ki, Vüqar İsayev bundan əvvəldə Mədəniyyət Nazirliyi sistemində çalışıb. Belə ki, o, buna qədər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.



Nazirlərimiz Qobustanda ağac əkdi
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Bakının tarixi yeri Portuqaliyada təqdim olunub
Nazir xəstədir, işə çıxmır? - Rəsmi açıqlama
Mədəniyyət Nazirliyində yeni təyinatlar
Dövlət Xidmətinin regional idarələri yaradılır
Qobustandakı “Diri Baba” türbəsi bərpa ediləcək
Laçında qəbirüstü at fiqurları tapılıb
Prezident FƏRMAN İMZALADI
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
DTX-nın dünən saxladığı şəxs səbrəst buraxılıb?
Zöhrab Pirimov vəzifəsindən AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 