Portuqaliyada "Qobustan qoruğu" sərgisi təşkil olunub. ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə bildiriblər. Portuqaliyanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş qayaüstü incəsənət abidəsi olan Foz Koa qoruğunun muzeyində Qobustan qayaüstü rəsmlərinə həsr olunmuş sərgisi açılıb. 9 oktyabr Avropa Qayaüstü İncəsənət Günü ilə əlaqədar təşkil olunmuş “Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı sərgi Qobustan Milli Tarix-Bədii qoruğu ilə Foz Koa qoruğu arasında əməkdaşlığın növbəti mərhələsidir. Açılış mərasimdə Portuqaliyanın qayaüstü incəsənət mütəxəssisləri, arxeoloji qoruq və muzeylərin nümayəndələri ilə yanaşı Foz Koa şəhərinin meri Gustavo Duarte də iştirak edib. Şəhər meri çıxışında iki qoruq arasında əməkdaşlığın həmçinin, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini və bu sərginin Foz Koada əlamətdar hadisəyə çevrildiyini bildirib. Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev qayaüstü incəsənət aləmi üçün belə əlamətdar bir gündə Qobustan sərgisinin açılışının təşkil olunmasının iki qoruq arasında əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, "Avropanı qayaüstü incəsənətlə gəzək” (Crossing Europe with Rock Art) adlı Qobustan sərgisinin nümayişi ilin sonunadək davam edəcək.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgi ilə tanış olduqdan sonra Portuqaliyanın Fundao Arxeologiya muzeyinin direktoru Pedro Salvado Fundao muzeyində də Qobustan sərgisinin təşkil etmək arzusunu bildirib. Xatırladaq ki, 2019-cu ilin iyul ayında Qobustanda Foz Koa qoruğunun sərgisi açılmışdı.Bakının tarixi yeri Portuqaliyada təqdim olunub



Qobustan qayaüstü təsvirləri Bakıda
Nazirlərimiz Qobustanda ağac əkdi
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ
Əbülfəs Qarayevdən yeni təyinat
Azərbaycanda tarix və mədəniyyət qoruqlarının yarım milyona yaxın ziyarətçisi olub
“Son 5 ildə Azərbaycanda...” - Mehriban Əliyeva
Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında
Şuşada ilk respublika uşaq tədbiri keçiriləcək
Naxçıvan bu şəhərlə qardaşlaşdı
Məktəblilərə ŞAD XƏBƏR - 18 mayda...
İçəri şəhərdə Xocalıya həsr olunmuş rəsm sərgisi açılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 