Qəbirstanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə bələdiyyələrə büdcə ayrılmalı, vəsait verilməlidir.
ONN media axar.az -a istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliklə bağlı müzakirələrdə çıxışı zamanı deyib. Deputat bildirib ki, bu günə qədər bələdiyyələrin üzərində sadəcə bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi vardı:
“Amma mənim kimi kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmür və ya görə bilmirdilər. Bələdiyyələr bunu büdcələrində vəsaitin olmaması ilə izah edirdilər. Vətəndaş isə qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu bildirirdi. Bu səbəbdən də bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik yaranırdı. Bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması da bələdiyyədən alındı, bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin sadəcə 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi. İndi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur. Bunlar çox ciddi məsələlərdir və sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri “maliyyə təminatımız yoxdur” deyərək yerinə yetirməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. Ona görə də 2019-cu il büdcəsindən bələdiyyələrə vəsait ayrılmalıdır”.



İcra hakimiyyətləri bələdiyyələri saymır- DEPUTATDAN NARAZILIQ
Deputat bələdiyyələri BİABIR ETDI
Bələdiyyələr tənqid edildi
Bəzi yollarda parklanma yerlərindən vəsaiti bələdiyyələr toplayacaq
Deputatlar özləri üçün ömürlük pasport istədi
Siyavuş Novruzov buna ETİRAZ ETDİ
Parkomatlarla bağlı “pul kimə çatacaq” müəmması
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib
Bu qanuna dəyişiklik olunur
“Elə olmasın ki, burada dediyim, burada da qalsın” -TƏNQİD
DEPUTAT TƏSDİQLƏDİ:"BƏLƏDİYYƏLƏRİN PROBLEMİ İCRA HAKİMİYYƏTİNDƏN ASILILIQDIR"
Qənirə Paşayeva harada dəfn olunacaq?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 