Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan təcavüzkar Ermənistanın sülhsevər imicini yaratmaq senarisi oynayır.
ONN media Olaylar-a istinadla xəbər verir ki, bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev bildirib ki, Ermənistanın "məxməri inqilab"dan sonrakı siyasi elitasının fəaliyyətində populizm mütləq üstünlük təşkil etməyə başlayır: "Sarkisyanın dövründə nadir hallarda rast gəlinən bu siyasi davranış forması Paşinyanın dövründə sistem halını almaqdadır. Paşinyan hakimiyyətin bir hissəsini ictimai təzyiq dalğası altında ələ keçirdi, sonra konkret işlər görməyin mümkünsüzlüyünü anlayanda populist siyasət kursunu daha da gücləndirdi. Ən sonda isə oğlunu işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qanunsuz rejimin hərbi xidmətinə göndərdi və bunu erməni cəmiyyətinə ən müasir vətənpərvərlik nümunəsi kimi təqdim etməyə çalışdı. Paşinyan bu taktika ilə nələrsə əldə edə bilsə də, erməni xalqının hələlik nəsə əldə edə bildiyini söyləmək mümkünsüzdür".
Ekspert qeyd edib ki, A.Hakopyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələrək məqsədi və ünvanı bəlli olmayan sülh çağırışı etməsi yeni erməni siyasi elitasının genişlənməkdə olan populist siyasətinin davamıdır: "Azərbaycan anaları öz tarixi ərazilərini itirmiş bir xalqın nümayəndələri olduğu halda Hakopyanın onlara sülh çağırışı etməsinin məntiqini anlamaq mümkün deyil, ümumiyyətlə, burada məntiq yoxdur. Hakopyanın Azərbaycan analarına etdiyi müraciət əslində "övladlarınızı vətənin müdafiəsindən geri çəkin" kimi absurd bir məzmuna malikdir".
Baş redaktor əlavə edib ki, A.Hakopyan Rusiyadan da şəxsi tanışlıq çərçivəsində cəlb etdiyi bir qrup qadını "sülh müssiyası" adı ilə Dağlıq Qarabağa gətirsə də, bu missiyanın mahiyyəti sülh pərdəsinə bürünmüş təcavüzün yeni formasıdır:
"Əvvəla, Rusiyadan bircə nəfər belə dövlət nümayəndəsinin bu aksiyaya qoşulmaması onun mahiyyətinin Rusiyada da çox yaxşı başa düşüldüyünü göstərir. İkinci, Hakopyan həqiqətən sülh istəsəydi, onun baş nazir postu tutan həyat yoldaşı oğlunu işğal olunmuş Azərbaycan ərazisinə hərbi xidmətə göndərəndə buna mane olardı. Üçüncü, Hakopyanın məqdəsi sülhsevərlik olsaydı, bu çağırışı Azərbaycan qadınlarına yox, erməni analarına edərdi, həm də Azərbaycanın işğal olunmuş torpaqlarına gəlməzdi və hay-küylü "Ana Terezalığını" Ermənistan-Azərbaycan sərhədlərində dayanaraq edərdi. Nəhayət, Hakopyan bilməmiş deyil ki, erməni analarına daha konkret sülh çağırışını ilk dəfə 2017-ci ilin əvvəlində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva edib. Akopyan məntiqsiz yeni çağırış etmək əvəzində Mehriban Əliyevanın erməni analarına "oğullarınızı Azərbaycan torpaqlarına hərbi xidmətə göndərməkdən çəkinin" məzmunlu çağırışına uyğun hərəkət etsəydi, azacıq sülhpərvər görünə bilərdi".
A.Quliyev vurğulayıb ki, A.Hakopyanın Qarabağ ərazisindən etdiyi müraciət Azərbaycan qadınlarını əslində təslimçiliyə uğursuz çağırış cəhdidir: "Paşinyan Ermənistanı dünyaya demokratik təqdim etmək senarisini oynadığı kimi, Hakopyan da təcavüzkar Ermənistanın sülhsevər imicini yaratmaq senarisini oynayır".



Paşinyanın oğlu da Moskvaya qaçdı
SON DƏQİQƏ: Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ
Paşinyanın həyat yoldaşı İranda məscidə getdi
Paşinyan lüks həyat yaşayır - Davtyan
Paşinyanın elə görüntüləri yayıldı ki... - FOTOLAR
"Paşinyanın Qarabağı Ermənistan hesab etməsi siyasi sərsəmlikdir" - Politoloq
Paşinyanın son çarəsi: bu dəfə həyat yoldaşını göndərdi
İrəvan Paşinyana QARŞI: istefası tələb edildi
Paşinyanın var dövləti açıqlandı- NƏLƏRİ VAR?
Paşinyan istefa verib?
Paşinyana ŞƏRT QOYDULAR: Yalnız bundan sonra...
Hazır olun! Bunlar da Bakıya veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 