Oktyabrın 8-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.
DİN -in Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, qonağı salamlayan nazir Meksikanın respublikamızın müstəqiliiyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illər ikitərəfli əməkdaşlığın bir sıra sahələrdə genişləndiyini, beynəlxalq arenada qarşlıqlı maraq doğuran bəzi məsələlərin həllində ölkələrimizin biri-birini dəstəklədiyini xatırladıb.
Daha sonra general-polkovnik Ramil Usubov müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, gərgin ictimai-siyasi və kriminogen durum, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, ulu öndərin kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar, həmçinin cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verib.
Dövlət başçılarımızın siyasi iradəsinə uyğun olaraq son illər ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran daxili işlər naziri DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu, göstərilən istiqamətdə müəyyən addımların atıldığını da diqqətə çatdırıb. Qeyd olunub ki, «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Meksika Birləşmiş Ştatlarının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş» layihəsi işlənib hazırlanıb.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Xuan Rodrigo Labardini Flores ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



Ramil Usubov Mixail Boçarnikovu qəbul edib
Ramil Usubov Göyçaya gedir
Daxili İşlər naziri Mevludin Nuhodjiçi qəbul etdi
Ramil Usubov Birləşmiş Millətlər Təşkilatı Baş katibinin köməkçisi Aleksandr Zuyevi qəbul edib
Ramil Usubov Türkiyənin daxili işlər naziri Süleyman Soylunu qəbul edib
Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi heyəti qəbul etdi
Ramil Usubov bu rayonların sakinlərini qəbul edəcək
General-polkovnik Ramil Usubov Türkiyə rəsmilərini qəbul etdi
Ramil Usubov polkovniki işdən azad etdi
Nazirdən yeni TƏYİNAT
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Nazir sıra baxışı keçirdi - Foto
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 