DİN -dən ONN media -ya verilən məlumata əsasən, mayın 2-də Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə işgüzar səfərdə olan Monteneqronun daxili işlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan nazir dövlət başçılarımızın, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin, eləcə də vətəndaşlarımızın qarşılıqlı səfər və ziyarətlərinin Azərbaycanla Monteneqro arasında olan sıx əməkdaşlığın və qarşılıqlı etimadın daha da genişləndirilməsinə təkan verdiyini məmnunluqla qeyd edib. Sonra nazir DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, daxili işlər orqanlarında həyata keçirilən islahatlar, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə həmkarına qısa məlumat verib. Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiç dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə inkişaf etməsindən, Azərbaycanda yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, burada həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu ifadə edib, yaxın dost və tərəfdaş saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub
Daxili İşlər naziri Mevludin Nuhodjiçi qəbul etdi



Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Ramil Usubov Türkiyənin daxili işlər naziri Süleyman Soylunu qəbul edib
General-polkovnik Ramil Usubov Türkiyə rəsmilərini qəbul etdi
Ramil Usubov Göyçaya gedir
Ramil Usubov səfir Xuan Rodrigo Labardini Floresi qəbul etdi
Vilayət Eyvazov qazaxıstanlı həmkarının rəhbərlik etdiyi heyəti qəbul etdi
Ramil Usubov İranın Sərhəd Qoşunları komandanını qəbul edib
Prezident Daxili İşlər nazirini qəbul etdi
Ramil Usubov İrana səfər edib - FOTO
Vilayət Eyvazov BMT nümayəndəsini qəbul edib
Ramil Usubov bu rayonların sakinlərini qəbul edəcək
Ramil Usubov Mixail Boçarnikovu qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 