ONN media xəbər verir ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin “Tarixini unutma!” layihəsi çərçivəsində Qubada tədbir keçirilib.
İlk olaraq Quba Soyqırım Memorial Kompleksində 100 il bundan əvvəl erməni quldurlarının kütləvi qətl etdiyi məkandan başlanılıb.
Tədbirə Tədbirdə çıxış edən TAM-ın sədr müavini, iqtisadçı alim, hüquqşünas Cavid İsmayıl Prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı sərəncamdan söz açıb, bununla bağlı İctimai Birliyin reallaşdırdığı layihələrdən danışıb. Bildirilib ki, “Tarixini unutma!” layihəsi də onlardan biridir.
Cavid İsmayıl 200 ildən artıq bir dövrdə ermənilər vasitəsilə Azərbaycan xalqına qarşı zaman–zaman həyata keçirilən soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edib.
Ümummilli lider Heydər Əliyevin "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” sözlərini xatırladan TAM-ın sədr müavini hər bir azərbaycanlının öz tarixini dərindən bilməli olduğunu deyib.
Sosioloq, professor Əhməd Qəşəmoğlu təcavuzkar ermənilərin daim fürsət tapdıqca, Azərbaycana qarşı torpaq iddialarından, zaman-zaman azərbaycanlılara qarşı soyqırım hallarından geniş danışıb. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaqları, əzəli azərbaycan torpaqlarında mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqlarının bir əsrdən çox olan bir müddətdə müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalması barədə geniş məlumat verdi.
Azərbaycan yazıçılar birliyinin üzvü, tanınmış jurnalist Kamil Məhərrəmoğlu, Ermənilərin 1918-ci ildə təkçə Qubada törətdikləri soyqırım zamanı 16 mindən çox dinc əhalinin qətlə yetirdiyini, 122 kənd, 26 məscid, yüzlərlə ev və digər tikililər yandırılaraq məhv etdiklərini birdaha vurğulayaraq tarixən Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımları nəzərə şatdırdı. O, qeyd etdi ki, gənclərimiz bu soyqırım hallarını daima xatırlamalı və unutdurmamalıdırlar. Natiq qeyd etdi ki, kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinizminin məkirli xislətinin durduğunu qeyd etdi.
Quba rayonu icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva “Turan Araşdırma Mərkəzi” İB-nin nümayəndələrini salamladı və rayonda belə tədbirlərin keçirilməsi daim diqqətdə olduğu, Quba gənclərinin vətənpərvərlik ruhunun yüksək olması barədə geniş söz açdı. Eyni zamanda Aynur Yəhyayeva da tarixin ağrılı-acılı dövründən, Qubada yaşayan azsaylı xalqlarında bu soyqırıma məruz qalmaları haqda toplantı iştirakçılarına məlumat verdi.
Sonra tədbirin ikinci hissəsi Quba rayon Tarix diyarşunaslıq muzeyində davam etdirildi.
İştirakçılara “Turan Araşdırma Mərkəzi” İB-i Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə xüsusi hazırlanan xüsusi film nümayiş etdirildi.
Filmdə, Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu, Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi barədə geniş məlumat verilir.
Tədbir iştirakçılarına xüsusi hazırlanmış bukletlər və təqdim edilmiş film elektron daşıyıcılarda paylanıldı.



Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji Universitetində tədbir keçirdi
“Tarixini unutma!”: 200 illik erməni terroru
"TAM"-ın təbliğatı uğurla başa çatdı
TAM-ın növbəti tədbiri Qubada keçiriləcək
Tarixini unutma! – TAM-ın Şamaxıda növbəti tədbiri keçiriləcək.
"Tarixini unutma!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır
TAM-ın yekun brifinq tədbiri keçiriləcək
Tarixini unutma! – TAM-ın Gəncədə tədbiri keçiriləcək
TAM-ın növbəti tədbiri keçiriləcək
TAM "Saxta erməni soyqrımı" mövzusunda tədbir keçirib
QHT sədri “Fədai” Medalı ilə təltif olunub
QHT RƏHBƏRİ ORDUYA YAZILDI: "Birinci savaşdan yarımçıq qalmış sözüm var"
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 