İngiltərənin məşhur "The Guardian" nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib.
ONN media xəbər verir ki, siyahıda Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin də adı var. Qəzetin oxucularının rəylərinə əsasən müəyyənləşdirdiyi siyahıdakı hər bir məkan haqqında qısa məlumat və fotoşəkil də dərc edib.
Xınalıq haqqında yazılan məlumatda Azərbaycanın ən yüksək kəndinin Qafqaz dağlarının zirvəsində yerləşdiyi, əhalisinin heyvandarlıqla məşğul olduğu qeyd olunub. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı bildirilir. “Guardian” yazır ki, Qubadan Xınalığa 18 funt sterlinq xərcləməklə getmək olar. Qonaqpərvər kənd sakinlərinin evində gecələmək və ləziz yeməklərdən dadmaq üçün də bir o qədər xərc tələb olunur.
Qeyd edək ki, Xınalıq kəndi Qubanın rayon mərkəzindən 65 kilometr məsafədə yerləşir. Bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kənd ərazisi dövlət tarix-memarlıq və etnoqrafik qoruq elan olunub.



Xınalıq kəndinə 10 santimetrdən çox qar yağdı
MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə ingiliscə danışaraq məşhurlaşan Xınalıq sakinini İngiltərəyə oxumağa göndərəcək
Azərbaycana qar yağdı
Bu ərazilərimizə 14 sm qar yağdı
Quba-Xınalıq yolu iki saat bağlı qaldı - NİYƏ?
Meyitləri 5 ay sonra tapılan alpinistlərin adları əbədiləşdirildi - FOTO
Yeni Xınalıq yolundan ŞAD XƏBƏR
Böyük Britaniyada ada üçün kral axtarılır
Xınalıq yolunda qar uçqunu oldu - SON DƏQİQƏ
Xınalıq kəndinə dolu yağdı
Avtomobil dağdan aşdı: ölən və yaralanan var
İlham Əliyev sərəncam imzaladı
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 