Son vaxtlar ölkədə tətbiq olunan Elektron hökumət konsepsiyasının tələblərinə uyğun olaraq, Nazirlər Kabineti Aparatının rəsmi internet saytında (www.cabmin.gov.az) yeni struktur dəyişiklikləri aparılıb. Sayt daha da təkmilləşdirilərək, yeni funksional bölmələr əlavə edilməklə zənginləşdirilib və onun ən son internet texnologiyaları əsasında mükəmməl dizaynı hazırlanıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ONN media-ya bildirilib ki, bu günlərdə saytda daha bir yenilik olub. Belə ki, saytın rus dilində versiyası fəaliyyətə da başlayıb. Bununla da Nazirlər Kabinetinin saytı dövlət qurumları arasında xarici dillərdə də bölməsi olan qurumların siyahısına əlavə olunub. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında hökumətlərin rusdilli informasiya resursunun olması xüsusi əhəmiyyət daşıyır. İndiyədək MDB məkanında yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin rus dilində internet saytı mövcud deyildi.
Hazırda saytda müntəzəm olaraq Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iştirakı ilə keçirilən qəbullar və görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.
Həmçinin bütün bunlar barədə indi “Twitter” sosial şəbəkəsindən də operativ məlumat əldə etmək mümkündür. Hazırda Nazirlər Kabinetinin “Twitter” səhifəsindən (@AzerbaijanNK3) dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.



Nazirlər Kabinetinin saytında yeniliklər edildi
Nazirlər Kabinetinin rəsmi internet saytında dəyişiklik var
Nazirlər Kabinetinin Aparatına YENİ TƏYİNAT
Nazirlər Kabinetinin saytı fəaliyyətini DAYANDIRDI
MÜHÜM FƏRMAN: Nazirlər Kabinetinin Aparatında İKİ MÜAVİN olacaq
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabinetinin Aparatında YENİ TƏYİNATLAR
Nazirlər Kabinetinin VƏZİFƏLİ ŞƏXSİ vəfat etdi
Nazirlər Kabinetində bu vəzifələr boşdur – SİYAHI
Qrant müqavilələrinin qeydə alınması qaydası dəyişib - QƏRAR
Nazirlər Kabinetində yeni TƏYİNATLAR - ADLAR
Nazirlər Kabinetinin geniş iclası keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 