Nazirlər Kabineti Aparatının rəsmi internet saytı (www.cabmin.gov.az) daha da təkmilləşdirilərək yenilənib. Belə ki, bu gündən saytın ingilis dili versiyası fəaliyyətə başlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, saytın xarici dillərdə olan versiyaları kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, beynəlxalq təşkilatların, xarici ölkələrin müvafiq qurumlarının istifadəsi məqsədilə yaradılıb. Daha bir yenilik isə video materiallarla bağlıdır. Belə ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetində keçirdiyi iclaslar, Baş Nazirin və Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı video materialları Nazirlər Kabinetinin yeni yaradılan (AR Nazirlər Kabineti) “Youtube” səhifəsində də izləmək mümkün olacaq. Hazırda saytda müntəzəm olaraq Baş Nazirin iştirakı ilə keçirilən görüşlər, rəsmi tədbirlər, imzalanmış qərarlar, Nazirlər Kabinetinin iclasları haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir. Bütün bunlar haqqında, həmçinin Nazirlər Kabinetinin “Twitter” (@AzerbaijanNK) sosial şəbəkəsindəki rəsmi səhifəsindən də məlumat əldə etmək mümkündür. Nazirlər Kabinetinin “Twitter” səhifəsindən 3 dildə - Azərbaycan, rus və ingilis dillərində paylaşımlar edilir.
Nazirlər Kabinetinin saytında yeniliklər edildi



Nazirlər Kabinetinin saytında DƏYİŞİKLİK
Nazirlər Kabinetinin rəsmi internet saytında dəyişiklik var
Nazirlər Kabinetinin Aparatına YENİ TƏYİNAT
Nazirlər Kabinetində bu vəzifələr boşdur – SİYAHI
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabinetinin Aparatında YENİ TƏYİNATLAR
MÜHÜM FƏRMAN: Nazirlər Kabinetinin Aparatında İKİ MÜAVİN olacaq
Nazirlər Kabinetində yeni TƏYİNATLAR - ADLAR
Nazirlər Kabinetinin saytı fəaliyyətini DAYANDIRDI
Nazirlər Kabinetinin VƏZİFƏLİ ŞƏXSİ vəfat etdi
Nazirlər Kabinetində iki vəzifəyə TƏYİNAT
Nazirlər Kabinetinin geniş iclası keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 