Bakı Nəqliyyat Agentliyinin dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib.
Bu barədə ONN media -ya agentlikdən məlumat verilib.
Qeyd edilir ki, hadisə bu gün axşam saatlarında “Gənclik Mall” Ticarət Mərkəzinin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində baş verib. Dövlət Qeydiyyat Nişanı 10 UP 565 olan Mercedes markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacaq məntəqsinin ərazisində saxladığından Bakı Nəqliyyat Agentliyi əməkdaşları ona dayanma və durma qaydalarının pozması ilə bağlı xəbərdarlıq edərək ərazini tərk etməsini tələb ediblər. Agentlik əməkdaşlarının qanuni tələbinə əməl etməkdən boyun qaçıran sürücü nalayiq və təhqiramiz ifadələr işlədərək ona qarşı inzibati tənbeh tədbirinin görülməsinə imkan verməyib. Bununla yanaşı o, avtomobilində saxladığı kəsiçi-deşici alətlə Agentlik əməkdaşlarına hücum edib.
Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələrinə qarşı qanuna zidd əməli törədən sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. Artıq zəruri tədbirlərin görülməsinə başlanılıb. Hadisəyə dərhal reaksiya verərək nəzarətə götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyə təşəkkür edirik.
Bildiririk ki, yollarda nəqliyyat vasitələrinin fasiləsiz və normal hərəkətinə maneə yaradan halların aradan qaldırılması, həmçinin yolların bütün hərəkət iştirakçıları, xüsusən də piyadalar üçün daha təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Qarşıya qoyulan məqsədlərə nail olunması üçün Bakı şəhərinin inzibati ərazisində dayanma və durma qaydalarına əməl etməyən sürücülərə qarşı inzibati tənbeh tədbirləri bundan sonra daha mütəşəkkil qaydada aparılacaq. Hərəkətin intensiv olduğu və eyni zamanda əsas nəqliyyat yükünün üzərinə götürən yollar, o cümlədən, Q.Qarayev, Bülbül, H.Cavid, Azadlıq prospektləri, 28 may, R.Behbudov, S.Vurğun, C.Cabbarlı, B.Vahabzadə və Ş.Qurbanov küçələrinə nəzarət daha da artırılıb.
Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırmaq istərdik ki, dayanma və durma qaydalarına ciddi şəkildə əməl edilməlidir. Avtobus dayanacağında, səkilərdə və yolların hərəkət hissəsində, ikinci cərgədə, yolların kəsişən hissələrində, piyada xətlərinin üzərində və təyin olunmayan digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu, inzibati məsuliyyət yaradır. Bu kimi qayda pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilir. Hər kəs qanunun bu tələblərini müzakirə etmədən birmənalı yerinə yetirməyə borcludur.



Kəsici-deşici alətlə Agentlik əməkdaşlarına hücum edən şəxs saxlanıldı
Paytaxda metroların ətrafında reydlər başlayıb - CƏRİMƏ YAZILIR
BNA-dan sürücülərə XƏBƏRDARLIQ
BNA-dan YENİLİK
BNA cərimələri bərpa edir: mayın 1-dən...
BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq
Bu sürücülərlə bağlı inzibati protokollar tərtib olundu
BNA sürücülərə xəbərdarlıq etdi
Sürücülərə bəd xəbər
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olundu
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
Sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 