Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar nəticəsində respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi təmin edilir, bir sıra qlobal enerji və nəqliyyat layihələri uğurla həyata keçirilir, Azərbaycan iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünyada qabaqcıl ölkələr sırasında yüksək pillələrdə qərarlaşmaqla islahatçı dövlət kimi tanınır. Həmçinin iqtisadi qanunvericiliyin inkişafı, bu sahədə qanunçuluğun möhkəmləndirilməsi, iqtisadi və sosial sferalarda hüquqi təminat məsələləri daim diqqətdə saxlanılır.
Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata əsasən, bu məqsədlə oktyabrın 24-25-də Ədliyyə Akademiyasında "İnkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın inkişafında hüququn rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ərəfəsində təşkil olunan tədbirdə bir sıra xarici dövlətlərdən, o cümlədən Türkiyə, Almaniya, Litva, Gürcüstan və Moldovadan olan beynəlxalq ekspertlər, alimlər, hüquqşünaslar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransın açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov milli iqtisadiyyatın inkişafı sahəsində qanunvericiliyin rolundan, xüsusilə son dövrlər qeyri-neft iqtisadiyyatının genişləndirilməsi bağlı hüquqi əhəmiyyətli yeniliklərdən, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının qorunması və xarici investisiyaların təşviqindən danışıb, ölkəmizin davamlı inkişafı, mühüm iqtisadi göstəriciləri barədə ətraflı məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Sonia Fontaine ölkəmizdə müasir qanunvericilik bazasının mövcud olduğunu, məhkəmə-hüquq sahəsində səmərəli əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycanda iqtisadi və hüquqi sahədə həyata keçirilən islahatları yaxından izlədiklərini və dəstəklədiklərini bildirib.
Sonra konfrans öz işini panel sessiyalarda davam etdirib, yerli və xarici ekspertlər tərəfindən ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi, vergi, ekoloji, sosial layihələrin və proqramların hüquqi təminat məsələlərinə, milli və beynəlxalq qanunvericilik aspektinə toxunulub, iqtisadi qanunvericiliyin inkişafı, mübahisələrin alternativ həlli mexanizmləri, mediasiya, məhkəmələrdə baxılan işlərin səmərəliliyinin təmin edilməsində informasiya texnologiyalarının rolu, istehlak hüququnun ümumi aspektləri, sahibkarlıq hüququ və s. mövzularda çıxışlar edilib, müqayisəli hüquqi təhlillər aparılıb, diskussiyalar keçirilib.



Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim edildi
Nazir bir sıra beynəlxalq görüşlər keçirdi
Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
Azərbaycan və Belarus Ədliyyə nazirlikləri səmərəli əməkdaşlıq edir
"Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda konfrans keçirilib
Ədliyyə Nazirliyinin Kommunikasiya Strategiyası hazırlanacaq
Ədliyyə orqanlarına qulluğa qəbul olan gənclərlə görüş olub
Ölkəmiz beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
Ədliyyə Nazirliyində növbəti konfrans keçirilib
Notariat sahəsində islahatlara beynəlxalq maraq artır
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər
Prezident 4 ilin yekunlarına həsr olunan konfrans keçirir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 