Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.
Ədliyyə Nazirliyindən ONN media -ya verilən məlumata görə, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər. Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, işıqlı xatirəsi anım mərasimində bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin Heydər Əliyev muzeyində təşkil olunmuş mərasimdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib, dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd edib, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb.
Qeyd olunub ki, 100 illik tarixi olan Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis olunması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və ədliyyə tarixinə həsr olunmuş, bu ərəfədə ərsəyə gəlmiş "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda" adlı kitabda Ulu Öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hüquq, o cümlədən ədliyyə sisteminin inkişafı naminə göstərdiyi müstəsna xidmətləri xüsusi yer alıb.
Çıxış edənlər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Anım günü ilə bağlı ədliyyənin bütün struktur qurumlarında tədbirlər keçirilib, ədliyyə fəaliyyətinə cəlb olunmuş gənc könüllülər nazirliyin Heydər Əliyev muzeyində Ümummilli Liderin zəngin həyatı və çoxşaxəli fəaliyyətinə dair maraqlı ekspozisiyalarla tanış olub, onlar üçün mühazirə söylənilib, elektron məlumat lövhəsində foto-slaydlar və kinozalda filmlər nümayiş etdirilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
Prezident və xanımı Fəxri xiyabanda
Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdi
Həştərxanda Heydər Əliyev anılıb - Foto
İlham Əliyev və birinci xanım ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
DSX-nin rəhbər heyəti Fəxri xiyabanda
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi
XİN Heydər Əliyevin anım günü münasibəti ilə paylaşım edib
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 