Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində vakant olan həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
DİN-in Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində narkoloq, uroloq, otolorinqoloq, travmatoloq, psixonevroloq, neyrocərrah və provizor ixtisası almış, tibb və təhsil müəssisələrində həmin ixtisas üzrə rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-şəxsiyyət vəsiqəsi;
-ali təhsil haqqında diplom;
-hərbi bilet (kişilər üçün);
-əmək kitabçasının surəti.



DİQQƏT- Vakansiya var
DİN bu vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir
DİN bu vəzifələrə müabiqə elan edir
Nazirlik mülki işçilər axtarır
İş axtaranların nəzərinə - VAKANSİYA VAR
Daxili İşlər Nazirliyi müsabiqə elan edir
Polis olmaq istəyənlərə ŞAD XƏBƏR
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
Xidmətə qəbulla əlaqədar müsabiqə
İş axtaranlırın nəzərinə!
DİN işçi axtarır: dekabrın 27-dək...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 