ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan 10 (on) kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.
İştirak etmək istəyən şəxslər 2018-ci ilin iyun ayının 1-dən 30-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- ali təhsil haqqında diplom;
- əmək kitabçası (olanlar üçün).
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 700 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-97-52 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəs.



Şuşada işləmək istəyənlərin DİQQƏTİNƏ
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ!
Polis olmaq istəyənlərə ŞAD XƏBƏR
Xidmətə qəbulla əlaqədar müsabiqə
Vilayət Eyvazov yeni polislər seçəcək - İlk dəfə
Daxili İşlər Nazirliyi müsabiqə elan edir
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ!
Nazirlik mülki işçilər axtarır
İş axtaranların nəzərinə - VAKANSİYA VAR
DİQQƏT- Vakansiya var
DİN bu vəzifələrə müabiqə elan edir
Bakı Metropolitenində polis şöbəsi vakant mülki işçi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 