Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.
ONN media Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək:
"Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.
N.Seyidov qeyd edib ki, elektron reseptlər daha sonra xəstələrin vahid sağlamlıq kartlarına köçürüləcək: “Xəstə həmin kartları apteklərə təqdim edəcək, yaxud aptekdə öz ad-soyadlarını bildirməklə dərman ala biləcəklər, çünki sistemdə artıq onların adları qeyd ediləcək. Aptek işçiləri elektron sistemdə xəstəyə hansı dərmanların və hansı həkim tərəfindən yazıldığını görəcəklər. Dərmanlar verildikdən sonra isə sistemə xəstənin artıq dərmanla təmin edildiyini göstərən məlumat daxil ediləcək. Bu da imkan verir ki, xəstələrə verilən dərmanlara mərkəzləşdirilmiş qaydada tam nəzarət edilsin”.
Elektron reseptlərin tətbiqinin həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracağını söyləyən N.Seyidov qeyd edib ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan 75 min şəkərli diabet xəstəsi vahid sağlamlıq kartı ilə təmin edilərək elektron reseptlərlə dərman ala bilirlər. Gələn ilin yanvarından isə regionlardakı şəkərli diabet xəstələri kartla təmin ediləcək və elektron reseptlərlə dərman alacaqlar. Hemofiliya, böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr isə gələn ilin yanvar-fevral ayının sonunadək kartlarla təmin ediləcəklər:“Lakin ona qədər elektron sistem fəaliyyət göstərəcək. Planlaşdırmışıq ki, dekabrın 1-dən başlayaraq, bütün ölkə üzrə hemofiliya və böyrək çatışmazlığı xəstələr dərmanları mərkəzləşdirilmiş qaydada elektron reseptlərlə alsınlar”.



Səhiyyə Nazirliyindən dərmanlarla bağlı AÇIQLAMA
Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək
Maaşından hər ay pul tutulanlara şad xəbər - Bu xidmətlər göstəriləcək
Evdə qalan xəstələrə dərmanın çatdırılması məsələsi... - Nazirlik rəsmisi
Apteklərdə hərarətsalıcı dərman qıtlığı var? - RƏSMİ
Azərbaycana yeni dərmanlar gətiriləcək
Azərbaycanda nə qədər diabet xəstəsi var?
ŞOK FAKTLAR - Dərmanlardan zəhərlənmə və allergiya olub
Nazirlikdən şəkər xəstələri ilə bağlı VACİB QƏRAR
Üç-dörd dəfə baha satılan dərmanlar ucuzlaşacaq
Dərman vasitələrinin bu qaydası təsdiqləndi
DİQQƏT- 8 min cərimələnəcəksiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 