Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq. Bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb.
ONN media bildirir ki, ekspertlərin fikrincə, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər. Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti ilə bağlı qaydalar tənzimlənməlidir. Ekspert bildirib ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib.
Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır. Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir.
Şirkətlərin təyin etdiyi qiymətlərdən şikayətlənən sürücülər isə taksilər üçün xüsusi parklanma yerlərinin olmasını da arzulayırlar.



Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
Taksilərlə bağlı mühüm yenilik
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
1 oktyabrdan taksi proqramları işləməyəcək? - RƏSMİ AÇIQLAMA
Taksilər niyə bahalaşıb?
Bu yolda sərnişin daşıyanların NƏZƏRİNƏ
Azərbaycanda buna görə taksi qıtlığı olacaq?
Taksilərlə bağlı YENİLİK - Vahid nəzarət sistemi yaradıla bilər
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Sərnişinlər taksilərə xidmət səviyyəsinə görə ballar verəcək
Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 