Dekabrın 26-da Tiflisdə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert təşkil edilib.
ONN media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Səfir Dursun Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb. O, müstəqillik illərində, xüsusilə də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze çıxışında əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regional inkişafımızda və dünyada mövqelərimizin möhkəmlənməsindəki rolunu qeyd edib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin kollektivi gürcü və azərbaycanlı tamaşaçılar qarşısında çıxış edib. Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və başqaları Azərbaycan mahnılarını və beynəlxalq klassik musiqiləri ifa ediblər.
Konsertdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan şirkətlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Bakı və Tbilisi şəhərləri qardaşlaşdı
Kvirikaşvili: “BTQ regional inkişafı gücləndirəcək”
İlham Əliyev Gürcüstanın Baş Naziri ilə görüşdü
"Bakı-Tbilisi-Qars layihəsi Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir"
Astanada Heydər Əliyevin xatirəsi anıldı
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
Əli Əsədov Qaribaşvili ilə görüşüb
Bakı və Tbilisi arasında qatar reyslərinin bərpası müzakirə olunur
Britaniya ilə əlaqələrin 30 illiyi ilə bağlı tədbir keçirildi
Bu ölkə Bakı-Tbilisi-Qars layihəsinə qoşula bilər
“Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycana böyük dəstək verir”
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 