Azərbaycanın Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
ONN media xəbər verir ki, N. Məmmədov bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət daşıdığını deyib.
Baş nazir Azərbaycanın və Türkiyənin birgə təşəbbüsü ilə həyata keçirilən qlobal layihələrdən danışaraq bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi layihələrin reallaşması ölkələrimiz arasındakı sarsılmaz qardaşlıq münasibətlərini təcəssüm etdirir: “Bu layihələr təkcə bizim ölkələrin deyil, region xalqlarının rifahının artmasına, beynəlxalq əməkdaşlığın güclənməsinə töhfələr verir”.
Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etdiyini bildirən N. Məmmədov qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində də daim Azərbaycanın yanındadır və ölkəmizə böyük dəstək göstərir.
M. Çavuşoğlu isə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır: “Bu münasibətlərin bariz nümunəsinin Türkiyə və Azərbaycan prezidentlərinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq”.



Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Azərbaycan kimi, sizi də dəstəkləyirik - Çavuşoğlu
Sahibə Qafarova: "Türkiyə ilə Azərbaycan böyük işlər bacarır"
Türk nazirdən Qarabağ açıqlaması
Məmmədyarov Çavuşoğlu ilə görüşdü - Qarabağ müzakirə edildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
İlham Əliyev Ərdoğana məktub göndərdi
Ceyhun Bayramov Şentopla görüşdü
Parlamentin komitə sədri: “Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
Ərdoğan: TANAP-ın yekunlaşması çox mühüm hadisədir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 